“VAZ-2106”nın sürücüsünü bıçaqlayıb maşını kanala atdılar - FOTO

Bərdədə bıçaqla ağır xəsarət yetirən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, cari ilin yanvarın 6-da gecə saat 3 radələrində Bərdə rayon sakini Kamil Əhmədovun kəsilmiş-deşilmiş yaralarla Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar Bərdə RPŞ-də dərhal əməliyyat-istintaq qrupu yaradılıb, araşdırmalara başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs K. Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturub, Lənbəran kəndinə gəlib və orada zərərçəkmişin bədən nahiyələrinə qəsdən 3 bıçaq zərbəsi endirərək ağır bədən xəsarətləri yetirib, avtomaşını isə kənd ərazisindəki kanala atıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon Lənbəran kəndində yaşayan Rəşad Mirzəyev saxlanılıb. Cinayət əməli olan bir ədəd bıçaq maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Dindirilmə zamanı R. Mirzəyev hadisəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törətdiyini etiraf edib.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.
Gültən
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB













