Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası hazırdır

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası yerli və xarici ekspertlərin iştirakı ilə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.
Bunu Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər. Qeyd olunub ki, muzeyin Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq irsi, Qələbə və vətənpərvərlik rəmzi, qazanılmış qələbəni unikal eksponatlarının zənginliyi və müasir təqdimat metodları ilə tamaşaçıya çatdıracaq məkan olması nəzərdə tutulur:
“Hazırlanmış konsepsiya layihəsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə nəticələnmiş, tarixə qızıl hərflərlə yazılmış möhtəşəm qələbəni hərtərəfli şəkildə nümayiş etdirən müasir mərkəz kimi təşkil olunmasına imkan verəcək”.
Əlavə olunub ki, hazırda Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin fondunun zənginləşdirilməsi məqsədilə lazımi materialların toplanılması işi davam etdirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












