"Vəziyyətdən çıxmaq üçün yeni strategiyalar nəzərə alınmalıdır" - Azərbaycanlı alim

Gündəm 11 İyul 2020 17:39 Oxunub 770
"Vəziyyətdən çıxmaq üçün yeni strategiyalar nəzərə alınmalıdır" - Azərbaycanlı alim
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər ölkədə baş verən yoluxma halları və ən əsası da tibb işçiləri arasında yoluxma sayının çoxalması hər kəs kimi məni də narahat edir. Bundan başqa, xəstəxanalarda xəstə sayının çoxalması və tibbi xidmət göstərmək üçün gələcəkdə xəstəxanalarda yerlərin olmaması ehtimalı ümumi vəziyyəti çətinləşdirir”.

Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

N.Abdullayev bildirib ki, xəstələrə birbaşa yardım edən, onların sağalması üçün tibbi qərarları verən insanların da yoluxub ağır vəziyyətə düşməsi vəziyyəti olduqca çətinləşdirir: “Bu da o deməkdir ki, çarpayı qıtlığı ilə yanaşı, həkim qıtlığı da müşahidə oluna bilər. Ona görə də hesab edirəm ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Səhiyyə Nazirliyi tərəfindən tibbi personala göstəriləcək diqqət və qayğı lazımı səviyyədə olmalıdır. Çünki tibbi personala qarşı diqqətsizlik vətəndaşların da həyatını itirməsinə gətirib çıxara bilər. Axı həkimlər millətimizin xilaskarlarıdır”.

Azərbaycanlı alim Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya həkimlərə ayrılan diqqətə görə təşəkkür edib:

“Ölkənin ali rəhbərliyinin koronavirusa yoluxmuş həkimlərimizin vəziyyətinə həssaslıqla yanaşması və vəziyyəti dərhal şəxsi nəzarətə götürmələri tibb işçisi olaraq bizi çox sevindirir. Dövlətimizin rəhbərliyi bununla da insanlara hər şeyin yaxşı olacağı mesajını verdi. Burada vacib məqam ondan ibarətdir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Səhiyyə Nazirliyi bu addımdan nümunə götürməli və belə vacib məqamlarda dərhal açıqlama verməlidirlər. Onlar nəzərə almalıdırlar ki, hər bir vətəndaş üçün ölkənin ali rəhbərliyinin məsələni şəxsi nəzarəti altına götürməsi sadəcə zaman baxımından təsəvvür edilən deyil. Ona görə də TƏBİB və Səhiyyə Nazirliyi işi sistemli və operativ şəkildə görməkdə ölkə rəhbərliyindən nümunə götürməli və vəziyyəti xalqın bütün nümayəndələri üçün ciddi nəzarətdə saxlamalıdırlar”.

Tibb elmləri doktoru hesab edir ki, tibbi xidmətin təşkilində keyfiyyəti arzuolunan səviyyədə saxlamaq və ölkəmizi hazırkı situasiyadan çıxarmaq üçün mütəxəssislərin önəmli yeni planları və strategiyaları mütləq nəzərə alınmalıdır.

  •  
ŞƏRH YAZ
Ad

E-mail

Şərh