Vitse-spikerdən aztəminatlı ailələrə dəstək - "Mənə xəbər verin"

"Bütün vətəndaşlarımızı dövlətin rəsmi qərarlarına əməl etməyə dəvət edirəm. Hesab edirəm ki, əgər biz karantin vəziyyətinin aylarla uzanmasını istəmiriksə, bu günə qədər pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla “evdə qal” kampaniyasına qoşulmalıyıq. Sosial təcridetmənin, virusun qarşısını almaq üçün, cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalıyıq və əməl etməliyik". Avtosfer.az xəbər verir ki, bu fikirləri Milli Məclisin vitse-spikeri Adil Əliyev şəxsi feysbuk hesabında yazıb. "Təəssüf edirəm ki, bəzi insanlarımız hələ də məsuliyyətsiz münasibət bəsləyirlər. Hamımız dərk edirik ki, kasıb, aztəminatlı, işləməyən insanlarla bağlı problemlər var və bu problemlər dövlətimizin, hökumətimizin nəzarətindədir. Sosial paketlər, hazırlanıb paylanana qədər, imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır. Onlara maddi-mənəvi dəstək verməlidirlər. Əgər Nərimanov rayonu, 20 saylı 2-ci seçki dairəsinin ərazisində tanıdığınız imkansız, aztəminatlı ailələr varsa, zəhmət olmasa, mənə xəbər verin" - deyə, A.Əliyev bildirib.
Emin
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












