Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO

Bakıda viza düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq əməllərində təqsirləndirilən “Avion Travel” MMC-nin direktoru Lalə Rəcəbova həbs edilib.
Avtosfer.az xəbər verir ki, L.Rəcəbova öz qulluq mövqeyindən sui-istifadə etməklə vətəndaşlara qarşı dələduzluq edib.
Belə ki, o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən ofisində Avropanın Almaniya, Norveç və Niderland ölkələrinə səfirliklərdən biri vasitəsilə viza düzəltmək adı ilə vətəndaşlara yalan vədlər verməklə müxtəlif məbləğlərdə pullarını talayıb.
Yasamal Rayon Polis İdarəsində aparılan istintaq hərəkətləri ilə onun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi maddəsi ilə başlanan cinayət işinin ilkin araşdırması zamanı 148 şəxs zərərçəkmiş kimi tanınıb.
Onlara dəyən ziyan 368.675 manat olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən əlavə olaraq, istintaqla daha 56 şəxsin zərəçəkmiş qismində tanınması ilə bağlı proses aparılır. Müəyyən edilib ki, respublika üzrə ümumilikdə “Avion Travel”dən şikayətçi 202 nəfərdir və dəyən ümumi maddi ziyanın 498.175 manatdır.
Məlumata görə onun əməllərindən zərərçəkənlərin çox olması istisna edilmir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

(qafqazinfo)
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












