"Volvo"dan dərman preparatları aşkarlanıb - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumata əsasən, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Volvo FH 12 380" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
DGK-dan Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda, sağ oturacağın önündə olan və sürücünün "ərzaq məhsulları" kimi bəyan etdiyi 1 ədəd qutuda - 24 konvalyut olmaqla cəmi 240 ədəd "Midantan amantadin 100 mq", 40 konvalyut olmaqla cəmi 400 ədəd "Dobrokam Bromkamfora 250 mq", 199 konvalyut olmaqla cəmi 398 ədəd "Dekaris 50 mq", 250 ədəd plastik qabda olmaqla cəmi 25 000 ədəd "İzoniazid 300 mq" markalı dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev

Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











