WUF13-də səsləndirilən problemlər bütün ölkələrdə yaşanır – Afrikalı qonaq - FOTO

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində iştirak edən Esvatinidən olan turist Thulani Maphalala forumla bağlı fikirlərini bölüşüb. O, tədbirin şəhərsalma sahəsində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu bildirib.
Thulani Maphalala Avtosfer.az-a açıqlamasında qeyd edib ki, “World Urban Forum 13” urbanistlər, şəhər planlaşdırıcıları və yerli bələdiyyə nümayəndələrini eyni müzakirə mühitində bir araya gətirərək həm siyasi, həm də texniki səviyyədə əməkdaşlıq imkanları yaradır. Onun sözlərinə görə, bu, şəhərlərin inkişafında və ictimai xidmətlərin daha səmərəli təşkili baxımından böyük əhəmiyyət daşıyır.

O bildirib ki, forum çərçivəsində Afrika, Avropa və dünyanın digər regionlarında mövcud olan şəhərsalma problemləri müzakirə edilir və iştirakçılar öz təcrübələrini bölüşərək ortaq həll yolları formalaşdırmağa çalışırlar.
Thulani Maphalala əlavə edib ki, müxtəlif ölkələrdə qarşıya çıxan problemlərin oxşarlığı qlobal əməkdaşlığın vacibliyini bir daha ortaya qoyur. Onun sözlərinə görə, bu cür platformalar şəhərlərin daha dayanıqlı və planlı şəkildə inkişafına töhfə verir.
Sonda o qeyd edib ki, Bakı kimi inkişaf etmiş və müasir şəhərlərin təcrübəsi digər ölkələr üçün motivasiya mənbəyidir və şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına imkan yaradır.
Eltac Zülfüqaroğlu
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












