Xaçmaz polisi “Evdə qal” aksiyasına qoşulublar - FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşularaq rayon ərazisində yaşayan və maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara dəstək olublar. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan 30-dan çox ailəyə baş çəkərək, gətirdikləri müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. Polislər qonağı olduqları evlərdə yaşlı insanlarla səmimi söhbətlər edərək, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan edilən xüsusi karantin rejiminə əməl olunmasının zəruriliyi barədə danışıblar, onları maraqlandıran sualları cavablandırıblar. Yaşlı rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qalan şanlı Azərbaycan polisinə minnətdar olduqlarını bildiriblər.
Namiq Musayev







Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











