Xaçmaz polisi narkotiklə bağlı tədbir keçirib - FOTO

Qubada məktəblilərə maarifləndirici tədbir keçirilib. DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çarxı kəndində yerləşən Gülümbala Rəsulov adına tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Rayon təhsil şöbəsinin nümayəndələrinin, rayon ziyalılarının, məktəbin pedaqoji heyətinin və yuxarı sinif şagirdlərinin iştirak etdiyi görüşdə məktəblilərə narkotik maddələrin zərərləri barədə geniş məlumat verilib.
RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov şagirdlərə müasir dövrümüzdə gənclər arasında ən çox yayılan bəlalardan olan narkomaniyanın fəsadlarından danışıb. O, bildirib ki, narkomaniyanın gənc nəslin arasında asan yayılmasının ən başlıca səbəbi onların bu maddələr haqqında yetərincə məlumatlı olmamalarından irəli gəlir. Çünki ilk dəfə bu maddədən istifadə edən şəxslər bir müddətdən sonra onun aludəçisinə çevriləcəyini dərk etmir, vaxt keçdikdə isə onlarda bu maddələrə qarşı təlabat və aslılıq yaranır. Ona görə də yeniyetmə və gənclər pis vərdişlərdən daim uzaq durmalı, bu yola düçar olmuş şəxslərdən kənar gəzməli, ali təhsil ocaqlarının tələbəsi olmaq üçün əzmlə çalışmalısınız.
Daha sonra çıxış edən RPŞ-nin YYÇPİTQ-nun inspektoru, polis baş leytenantı Hüseyn Zeynalov, MRX-nın həkimi – narkoloq Ağakərim Muradxanov, eləcə də digər tədbir iştirakçıları tədbirin mövzusu ətrafında çıxışlar edərək, şagirdlərə dəyərli tövsiyyələr veriblər.
Tədbir məktəblilərə narkotik vasitələrin zərərlərini əks etdirən videoçarxın nümayiş olunması ilə yekunlaşıb.
Gültən Qədirli
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI














