Xaçmaz polisi QAN VER, YAŞAT! devizi altında qanvermə aksiyası keçirib - FOTO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçiriblər. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya instititunun əməkdaşlarının iştirakı ilə Mərkəzi Qan Bankının Quba bölməsində gerçəkləşən humanist aksiyada Xaçmaz Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal iştirak edib. Polis əməkdaşları tibbi müayinədən keçdikdən sonra qan vermək üçün masalara yaxınlaşıblar. Onlar bu aksiyada iştirak etməyi özlərinə vətəndaşlıq borcu, xəstə soydaşlarımızla həmrəylik nümunəsi olduğunu bildiriblər.
Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Namiq Musayev


"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











