Xaçmaz və Siyəzən polisi gücləndirilmiş iş rejimində çalışır - FOTO

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə iyun ayının 5-dən saat 00:00-dan respublikanın şimal rayonları olan Xaçmaz və Siyəzəndə sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.
Avtosfer.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, elan edilmiş sərt karantin rejiminin tələblərinə riayət olunması istiqamətində Xaçmaz və Siyəzən Rayon Polis Şöbələrinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Polis əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, xidməti avtomobillərdə olan xüsusi səsgücləndirici qurğu vasitəsilə vətəndaşlara karantin rejimi ilə bağlı məlumatlar verir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər.
Bundan əlavə rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. Görülən bu tədbirlərlə bağlı vətəndaşlara bildirilib ki, məqsəd onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır.
Elan edilmiş rejim qaydalarını pozan şəxslər aşkarlandıqda isə həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunurlar.




Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












