Xaçmazda 15 kəndin sakinlərinin istifadə etdiyi körpü yenidən tikilib - FOTO
Gündəm
10 Avqust 2020 19:45

Xaçmaz rayonunun Dədəli kəndində Qusarçay çayı üzərində inşa olunan avtomobil körpüsü sakinlərin istifadəsinə verilib. Dədəli və Uzunoba kəndləri arasındakı tikilən körpünün eni 4, uzunluğu isə 9 metrdir. Körpünün 16 tona qədər yük götürmə qabiliyyəti var. 2009-cu ildə çaya gələn sel nəticəsində dağılan körpünün yenilənməsinə cari ilin aprel ayında başlanılıb və 3 ay ərzində başa çatdırılıb. Yeni körpüdən ümumilikdə ətraf 15 kənddə yaşayan 7 mindən çox sakin faydalanır. Körpü tikilməmişdən əvvəl sakinlərin rayon mərkəzinə getmək üçün əlavə olaraq 20 kilometrə yaxın məsafə qət etməli olurdular. Yeni körpüdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün şərait qurulub. (AZƏRTAC)



Oxunub : 1742
DİGƏR XƏBƏRLƏR
27 Sentyabr 2026 15:24
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
27 Sentyabr 2026 12:36
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
27 Sentyabr 2026 00:00
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
26 Sentyabr 2026 19:45
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
26 Sentyabr 2026 19:41
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
26 Sentyabr 2026 19:35
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
26 Sentyabr 2026 16:47
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
ŞƏRH YAZ












