Xaçmazda karantində olanlara mənəvi dəstək göstərilib - FOTO

Bir müddətdir ki, COVID-19 pandemiyası dünyanı narahat edən problemə çevrilib. Virusun yayılması iqtisadi itkilərlə müşahidə olunur. Son bir ay ərazində isə Azərbaycanda da bu virusun daşıyıcıları aşkar edilmiş və tez bir zamanda əhalinin sağlamlıqlarının təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.
İnkişaf etmiş dünya ölkələri ilə müqayisədə az sayda yoluxma qeydə alınan dövlətimizdə pandemiyanın qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın tərəfindən bütün bölgələrdə xüsusi karantin rejimi tətbiq olunaraq, virusun genişmiqyaslı yayılmasının qarşısı alınması istiqamətində sosial izolyasiya tədbirləri həyata keçirilir. Bundan əlavə ölkəmizin bir çox bölgələrində karantin məntəqələri yaradılıb və əcnəbi dövlətlərdən qayıdan həmvətənlərimizin sağlamlıqlarının müayinəsinin aparılması üçün onlar müvəqqəti olaraq bu yerlərdə yerləşdiriliblər.
Bu cür karantin məntəqələrinin biri də Xaçmaz rayonu ərazisində yerləşir. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları müvəqqəti karantin məntəqələrində olanlara mənəvi dəstək göstəriblər. RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov və bir neçə polis əməkdaşları məntəqəyə baş çəkərək, vətəndaşların yaşayış şəraitləri ilə maraqlanıblar. Hər bir şəxslə səmimi söhbət edən polis rəisi, onlara ölkə rəhbərliyi tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışaraq, tətbiq olunan karantin rejiminin xalqımızın sağlamlığının təmin olunmasına xidmət etdiyini bildirib. Sakinləri maraqlandıran sualları cavablandıran H.Həsənov daha sonra məntəqənin yeməkxanasına baxaraq, burdakı şəraitlə tanış olub.
Polis əməkdaşları ilə söhbət zamanı müvəqqəti karantin məntəqələrinin sakinləri onlara bu çətin günlərdə baş çəkərək, mənəvi dəstək olan Azərbaycan polisinə öz təşəkkürlərini bildiriblər.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ













