Xaçmazda polislər vətəndaşlara tibbi maskalar paylayıb - FOTO

Xaçmazda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz rayonunda vətəndaşların sağlamlığının qorunması və COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparır, onlara ölkə ərazisində həyata keçirilən qabaqlayıcı tədbirlər barədə məlumatlar verirlər.
Polis əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən tibbi maskadan mütləq qaydada istifadə etmələri barədə məlumat verilir, sağlamlıqlarının qorunması üçün insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamalarının vacibliyi izah olunur.
Bundan əlavə rayon ərazisində yerləşən bank və poçt filiallarının qarşılarında, eləcə də əhalinin sıx olduğu digər ərazilərində sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar paylanılır.
Namiq Musayev
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO

















