Xaçmazda xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlandı - FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi və rayon sakinlərinin sağlamlıqlarının qorunması istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə rayon ərazisində patrul xidmətini yerinə yetirərək, elan edilmiş xüsusi rejimin qaydalarına riayət edilməsinə nəzarət edirlər. Vətəndaşlarla söhbət aparan qanun keşikçiləri, onlara zərurət olmadan çölə çıxmamalarını, aptek və ya ərzaq mağazalarına getdikdə isə özlərinin və ətraflarının sağlamlıqları üçün tibbi maskalardan və əlcəklərdən istifadə etmələrinin vacibliyini bildiriblər.
Həyata keçirilən nəzarət tədbirləri nəticəsində xüsusi karantin rejiminin tələblərini riayət etməyən şəxslərdə aşkarlanıb. Belə ki, polis əməkdaşları tərəfindən rayon ərazisində 10 obyekt sahibi və 20 vətəndaş təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
















