"Xaliq Faiqoğlu" şirkəti 40 min sərnişinə tibbi maska payladı - FOTO

“Covid-19” pandemiyasının vüsət almağa başladığı ilk günlərdən sosial məsuliyyət dəyərlərinə sadiqlik nümayiş etdirən “Xaliq Faiqoğlu” şirkəti istismarında olan marşrut xətləri üzrə ümumilikdə 250-dən artıq avtobusda 20 gün ərzində sərnişinlərə tibbi maskaların paylanması aksiyasını başa çatdırıb. 11-31 May tarixdə həyata keçirilən aksiya çərçivəsində, ümumilikdə isə 40 min ədəd müvafiq sertifikatlı tibbi maska dayanacaqlarda və avtobuslarda sərnişinlərə təqdim edilib. Şirkət əməkdaşlarından ibarət mobil qruplar aksiya zamanı sərnişinlərin fikirləri, irad və təkliflərini də qeydə alıblar.
Şirkət sərnişinləri bir daha şəxsi gigiyenalarına diqqət yetirməyə, Nazirlər Kabineti yanında Operativ qərargahın və Bakı Nəqliyyat Agentliyinin tələb və tövsiyələrinə, eləcə də pandemiyanın qarşısının alınması məqsədi ilə qəbul edilmiş qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Nəzərə almalıyıq ki, 1 iyun tarixindən etibarən avtobuslarda və dayanacaqlarda insanların maskadan istifadə etməməsi onların sağlamlığını böyük risk altında qoymaqla yanaşı həm də inzibati məsuliyyət yaradır.
Qeyd edək ki, şirkət tərəfindən mütəmadi olaraq maarifləndirici aksiyalar keçirilir və bu tip tədbirlər bundan sonra da davam etdiriləcək.
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA




















