"Xaliq Faiqoğlu" şirkəti: "Marşurut xətləri üzrə avtobusların sayı azaldılmayıb"

“Xaliq Faiqoğlu” şirkəti müntəzəm marşrut xətləri üzrə avtobus sayının azaldılması və süni sıxlıq yaradılması ilə bağlı bu gün yayılmış məlumatlarla əlaqdar KİV-dən daxil omuş sorğulara münasibət bildirib.
Şirkətin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev Avtosfer.az-a bildirib ki, “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan istehsalat bazaları üzrə işlək vəziyyətdə olan bütün nəqliyyat vasitələri həmişə olduğu kimi sərnişinlərin xidmətinə verilir: “Xaliq Faiqoğlu” şirkəti pandemiya dövründə də sərnişinlərə yüksək keyfiyyətli, fasiləsiz və təhlükəsiz xidmətin göstərilməsi məqsədilə gücləndirilmiş rejimdə fəaliyyət göstərməkdədir. Bildirmək istəyirik ki, pandemiya dövründə, xüsusilə sərnişin axınının nisbətən artdığı son günlərdə şirkət tərəfindən istismar edilən nəqliyyat vasitələrinin sayı azaldılmayıb və xəttə braxılan avtobusların sayı barədə gündəlik olaraq aidiyyatı qurumlara məlumat verilir. Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə “Xaliq Faiqoğlu” şirkəti hazırda istismarında olan marşrut xətləri ilə yanaşı Bakı şəhəri üzrə tibbi heyətlərin tibb müəssisələrinə və evlərinə əvəzsiz olaraq daşınması prosesini də həyata keçirir. Belə ki, tibbi heyəti daşıyan nəqliyyat vasitələri tibbi-profilaktik şərtlər nəzərə alınaraq gün ərzində digər sərnişinlərə xidmət göstərmir. Xüsusilə paytaxtmızda ictimai nəqliyyatın işləmədiyi şənbə-bazar günlərində tərəfimizdən kifayət qədər nəqliyyat vasitələri ayrılır və tibbi heyətlərin daşınması yüksək səviyyədə icra edilməkdədir. Bundan başqa şirkət ona həvalə olunan 2 ekspress marşrut xətti üzrə də sərnişinlərə xidmət göstərir”.
N.Rzayev onu da bildirib ki, pandemiya dövründə şirkət ziyanla işləməkdədir: “Bununla belə işçi sayında azalma qeydə alınmamışdır, sərnişinlərin sanitar-epidemioloji qaydalara riayət edilməklə daşınması davam etdirilməkdədir. İş prosesində Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qaydaları, eləcə də tapşırıq və tövsiyyələri əsas götürülür”.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











