"Xaliq Faiqoğlu" şirkəti səyyar həkim məntəqələri təşkil etdi - Sürücülərin səhhəti nəzarətdə saxlanılır - FOTO

Dünyada vüsət alan “Kovid-19” virusunun ölkəmizdə yayılmaması məqsədilə Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl tədbirlərə dəstək məqsədi ilə "Xaliq Faiqoğlu" şirkəti istismarında olan müntəzəm marşrut xətlərində qabaqlayıcı tədbirləri davam etdirir. Avtosfer.az xəbər verir ki, sərnişinlərin və sürücülərin səhhətinə, onların təhlükəsizliyinə xüsusi diqqət göstərən şirkət kəskin respirator virusa yoluxma riski ilə əlaqədar səyyar həkim məntəqələri təşkil edib. 4 nəfərdən ibarət ixtisaslaşmış tibbi heyətin yer aldığı məntəqələrdə gün ərzində sürücülərin hərarətinin yoxlanması, onların səhhətinin nəzarətdə saxlanması nəzərdə tutulub. Şirkətin istismarında olan bütün marşrut xətlərini əhatə edən aksiya zamanı həkimlər onlara müraciət edən digər şəxslərə də bacardıqları tibbi yardımı göstərəcək və məsləhətlər verəcəklər.
Qeyd edək ki, "Xaliq Faiqoğlu" şirkəti tərəfindən hər gün bütün avtobus sürücülərinin reysə çıxmazdan əvvəl həkim müayinəsindən keçməsi təşkil edilir. Şirkət sosial və korporativ məsuliyyəti çərçivəsində daim dövlətimizin təyin etdiyi vəzifələr istiqamətində dəstəyini əsirgəmir və işini yüksək səviyyədə görməyə çalışır.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI















