Xaricdən gələn yük nəqliyyat vasitələri dezinfeksiya edilib ölkəyə buraxılır - VİDEO

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 18-dən Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri müvəqqəti dayandırılıb. Avtosfer.az Baku TV-ə istinadən xəbər verir ki, bu məhdudiyyətlər yalnız sərnişinlərə və minik avtomobillərinə şamil edilib.
Artıq bir neçə gündür ki, “Samur” buraxılış məntəqəsinin qarşısında yalnız yük avtomobillərini görmək mümkündür. Hazırda sərhəd buraxılış məntəqəsində yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı bir məhdudiyyət yoxdur.
Tranzit yükləri daşıyan nəqliyyat vasitələrinin ölkə ərazisində hərəkəti Dövlət Yol Polisinin müşayiəti altında həyata keçirilir. Xarici ölkələrdən daxil olan bütün yük nəqliyyat vasitələri dezinfeksiya işləri aparıldıqdan sonra təyinat nöqtələrinə yola salınır.
Dövlət Gömrük Komitəsi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, ticarətin asan, maneəsiz və sürətli şəkildə həyata keçirilməsi istiqamətində zəruri addımlar atılır.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












