“Xəmsə” restoranının sahibi qardaşına yas məclisi keçirdiyinə görə cərimələndi - FOTO

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan yas mərasimi təşkil olunub.
Avtosfer.az-ın xəbərinə görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) və 24-cü Polis Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 17-də rayonun Naxçıvanski küçəsində keçirilən 40 mərasiminin təkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Qeyd edək ki, iyunun 8-də 450 nəfərin iştirakı ilə “Xəmsə” restoranında təşkil olunun mərhumun 3 mərasiminin qarşısı polis tərəfindən alınaraq, mərasimin təşkilatçısı, mərhumun qardaşı, restoranın sahibi M.Həsənli barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 5 000 manat cərimə olunub.



Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












