“Xəstəliyin ikinci dalğasının başlaması təhlükəsi hər zaman var” - Könül Nurullayeva

“Koronavirus pandemiyasının zərərlərinin minimuma endirilməsi istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin hər biri ilk növbədə vətəndaşların sağlamlığının qorunub saxlanmasına hesablanıb”.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Sherg.az”a millət vəkili Könül Nurullayeva deyib. Deputat bildirib ki, pandemiyanın yayıldığı ilk gündən ölkədə vəziyyət tam nəzarət altındadır: “Ölkəmizdə sanitar epidemioloji durumun dinamikasından asılı olaraq müəyyən yumşaldılma tədbirləri də görülür. Lakin nəzərə almaq lazımdır ki, koronavirus uzun sürən xəstəlikdir. Elə yumşaldılma tədbirlərinin mərhələli şəkildə aparılması da bununla bağlıdır. Amma epidemioloji vəziyyət tələb edərsə, yəni, xəstəliyin dinamikasında artım olarsa, karantin rejiminin yenidən sərtləşdirilməsi, müvafiq məhdudiyyətlərin tətbiq olunması labüddür. Xəstəliyin ikinci dalğasının başlaması təhlükəsi hər zaman var. Ona görə hər kəs məsələyə məsuliyyətlə yanaşmalı, sosial izolyasiya qaydalarına vaxtında və düzgün riayət olunmalıdır. Hər bir insan ilk növbədə özünün sağlamlığına ciddi yanaşmaqla nəticə etibarı ilə cəmiyyətin sağlamlığını təmin etmiş olur”.
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO












