Xəstəxanalarda istifadə edilmiş geyim və tibb vasitələri xüsusi qaydada utilizasiya edilir - FOTO

Ölkə başçısı İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə konpleks tədbirlər həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, paytaxtdakı küçə və prospektlərin, yolların, yaşayış binaları və digər tikililərin, həyətlərin, park və istirahət yerlərinin, ticarət yerləri, iaşə obyektlərinin və dayanacaqların, bir sözlə insanların toplaşdığı yerlər mütəmadi olaraq xüsusi kimyəvi vasitələrlə dezinfeksiya edilir.
Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan kommunal xidmətlər tərəfindən insanların sağlamlıqlarının qorunması istiqamətində digər tədbirlər də həyata keçirilir. Belə ki, mövcud karantin şəraitində koronavirus xəstələri, olanlara xidmət edən həkim və tibb personalının istifadə etdiyi qoruyuğu geyim və digər vasitələrin tibb müəssisələrindən yığılaraq xüsusi qaydada utilizasiyası mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər digər şəxslərin də xəstəliyə yoluxmasının qarşısını alır.
İşlər çərçivəsində kommunal xidmətlərin xüsusi texnikası tərəfindən TƏBİB-in tabeliyində olan xəstəxana və tibb müəssisələrindən istifadə edilmiş qoruyucu geyim və digər vasitələr toplanılaraq Abşeron rayonu, Pirəkəşkül massivindəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhlükəli Tullantılar Poliqonu ərazisində yerləşən xüsusi müəssisəyə təhvil verilir. Təhlükəli tullantılar bu poliqondakı insineratorda (dünya standartlarına cavab verən xüsusi soba) yandırılaraq utilizasiya olunur. Yanma zamanı əmələ gələn tüstü xüsusi filtrlərdən keçir ki, bu da tüstünün insanlara dəyə biləcək ziyanı heçə endirir. Yanma nəticəsində əmələ gələn kül qablara toplanaraq poliqondakı hüceyrələrdə basdırılır.
Məlumat üçün bildiririk ki, bu prossesə cəlb edimiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri ölkə başçısının Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı xidmələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə ayrılan vəsait hesabına Almaniyadan alınmışdır. Onların yük yeri paslanmayan materialdan hazırlanıb və hermetikdir. Hazirda 3 ədəd belə avtomobil gündəlik olaraq paytaxtın tibb müəssisələrindən bu cür tullantıların toplanması və utilizasiya yerinə çatdırılması ilə məşğuldur. İşçilər xüsusi geyim və qoruyuğu vasitələrlə təmin edilib, texnika gündəlik dezinfeksiya edilir. Yaxın günlərdə Bakıya daha 4 ədəd belə avtonəqliyyat vasitəsi gətiriləcəkdir.
Gültən
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
















