Xəstəxanaya yerləşdirilən azyaşlı Dövlət Komitəsinin nəzarətindədir

Xəzər rayonu Binə qəsəbə sakini Əliyeva Sabirə Rəcəbəli qızı altı aylıq nəvəsi ilə birlikdə təcili yardımla Bakı şəhəri, A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, iyulun 22-də Komitənin səlahiyyətli nümayəndəsi A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasında olarkən özünü uşağın nənəsi kimi təqdim edən Sabirə Əliyeva ilə söhbət zamanı müəyyən olunub, azyaşlının valideynləri qanuni nikahda olmadan birgə yaşamışlar. Uşağın nənəsi tərəfindən ananın psixoloji problemlərdən əziyyət çəkdiyi və hazırda qızının harada olması barədə məlumatlı olmadığı bildirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Xəzər rayon İcra Hakimiyyəti ilə birgə uşağın yaşayış yerinə səfər edərək vəziyyətin uşağın mənafeyi baxımından qiymətləndirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirirlər. Hazırda həkim nəzarətində olan uşağın müvafiq müayinə və müalicələri davam etdirilir.
Məsələ Komitənin nəzarətindədir və araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinə və müvafiq yerli icra hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət göndərilib.
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO












