Xətaidə ikinci və üçüncü dərəcəli yollar da abadlaşdırılır - VİDEO - FOTO

Ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi ilə yanaşı şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrinin də əsaslı təmiri və yenidən qurulması işləri aparılır. Avtosfer.az xəbər verir ki, bu istiqamətdə görülən işlər çərçivəsində Xətai rayonunun bir sıra küçələrində şəhərsalma və memarlıq tələblərinə uyğun abadlıq-yenidənqurma işləri həyata keçirilir. Artıq Məhəmməd Hadi küçəsində genişmiqyaslı işlər sona yetib. Həmçinin rayonun Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələrində də əsaslı təmir və küçəboyu abadlıq işləri başa çatıb.
Bu işlər çərçivəsində binaların yaxınlığında vətəndaşların sərbəst gediş-gəlişinə mane olan və təhlükə yaradan əlavə və yöndəmsiz tikililər, qanunsuz çəpərlər sökülüb. Küçə boyunca səkilərə dekorativ daşlar düzülüb, yol kənarlarında ağaclar, bəzək kolları və güllər əkilib, yeni yaşıllıq zolaqları salınıb. Ağaclara aqrotexniki qulluq edilməsi və yaşıllığın sulanması üçün su xətləri çəkilib.
Yaşayış binalarının yaxınlığında salınan parklarda mini stadionlar, uşaq-əyləncə və idman qurğuları, oturacaq və söhbətgahlar quraşdırılıb, şahmat meydançaları yaradılıb. Küçələr boyunca, yeni park və istirahət guşələrində müasir işıqlandırma sistemləri quraşdırılıb.
Eyni zamanda binaların birinci mərtəbəsində və önündə yerləşən mağaza, ictimai-iaşə obyektlərinin də müasir dizaynla yenidən qurulması həyata keçirilir. Yenidənqurma işlərində sahibkarlar da yaxından iştirak edərək, öz obyektlərinin yeni görünüş alması üçün müasir memarlıq üslubunda rekonstruksiya edərək küçələrin gözəlləşməsinə öz töhfələrini veriblər.
Hazırda Seyid Əzim Şirvani, Qaçaq Nəbi və Naximov küçələrində abadlıq-yenidənqurma işləri davam etdirilir. Küçə və yolların təmiri zamanı zərurət yarandığı təqdirdə xidmət sahələri tərəfindən kommunikasiyalar, qaz və işıq xətləri yenilənir. Burada da yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir, səki və keçidlərə dekorativ daşlar döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemləri qurulur, asfalt örtüyü salınır.
Aparılan işlərin yaxın vaxtlarda başa çatdırılması və təmir-yenidənqurma işlərinin başqa küçələrdə davam etdirilməsi nəzərdə tutulur.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT



























