"Xəzər dənizi ilə Qara dəniz arasında nəqliyyat dəhlizi yaradacağıq"

"Dünya Bankı Azərbaycan və Gürcüstan arasında olan nəqliyyat əlaqələrini daha da yaxşılaşdırmaq üçün investisiyaların yatırılması üzərində çox işləyir. Bu sahə bizim əsas prioritetlərimizdən biridir".
Avtosfer.az xəbər veir ki, bu sözləri APA-nın Gürcüstan müxbirinə açıqlamasında Dünya Bankının (DB) Cənubi Qafqaz ölkələri üzrə rəsmi nümayəndəsi Əhməd Eyveyda bildirib.
"Bu, Xəzər dənizi ilə Qara dəniz arasında əlaqə yaradacaq. Buna görə də Bakıdan başlayaraq Gəncə və Tiflis də daxil olmaqla, Qara dənizə qədər ərazilərdən keçəcək avtomobil yollarını yüksək səviyyədə reabilitasiya edəcəyik. Artıq bu layihənin həyata keçirilməsinə başlanılıb. Layihə üçün 1 milyard dollardan çox investisiya yatırmışıq. Bildirim ki, bu investisiyaya dəniz nəqliyyatı və dəmiryolu xətti, avtomobillərin hərəkət etdiyi magistral yollar daxildir. Biz elə edəcəyik ki, bu yollar yüksək keyfiyyətli olsun və hamı rahat yollardan istifadə etsin", - deyə Ə. Eyveyda qeyd edib.
Onun sözlərinə görə, DB Azərbaycanın bölgələrdəki yollarını da bərpa edəcək: "Bu layihə Xəzər dənizinin cənub bölgəsinə aiddir. Adıçəkilən bölgədəki bu yolları da yüksək keyfiyyətlə bərpa etdikdən sonra bu yollar magistral yola birləşdirəcək".
Bakıdakı dəniz limanının Ələt limanına köçürüləcəyini xatırladan Ə. Eyveyda əlavə edib ki, burada yüksək standartlara cavab verən logistika sahəsinə xidmət edəcək dəniz limanı tikiləcək.
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












