Xəzərdə dalğanın hündürlüyü 3,2 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 21-i səhərədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin axşam və gecə bəzi şimal və şərq rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb, səhər saatlarından başlayaraq şimal-qərb küləyi güclənib.
Xidmətdən Avtosfer.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Yardımlıda 3, Göygöldə 2, Şərur, Şəmkir, Lənkəran, Neft Daşlarında 0.6 millimetr olub. Binə, Neft Daşları, Çilov adası, Xaçmaz, Cəfərxan, Biləsuvar, Astara, Lənkəran, Nabranda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.
Qərb küləyi Naftalanda 24, Daşkəsəndə 23, Xınalıqda 20, Xaltanda 15, Bakıda və Abşeron dəniz rayonunda 15-20 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Namiq Musayev
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












