Xəzərin Sumqayıt sahilində boğulma hadisəsi qeydə alınıb

Xəzərin Sumqayıt sahilində, şəhərin Sahil küçəsindəki “Diana” istirahət mərkəzinin çimərlik ərazisində boğulma hadisəsi qeydə alınıb. Bu gün günorta saatlarında iki qadın dənizdə boğularkən ərazidə xidmət aparan Sumqayıt Yanğından Mühafizə Xidmətinin əməkdaşı, 1985-ci il təvəllüdlü Xəlilov Asif Əlişir oğlu və 1986-cı il təvəllüdlü Məmmədli Çingiz Qədir oğlu onları xilas etməyə çalışıblar. Qadınlardan biri xilas edilsə də, 42 yaşlı Musayeva Aygün Məmməd qızı dənizdə boğularaq ölüb.
Digər qadın 20 yaşlı İsmayılova Aygün Nadir qızı və onları xilas etməyə çalışan 2 nəfər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xəstəxananın baş həkimi Rauf Sadıqov bildirib ki, A.Xəlilov və Ç.Məmmədli terapiya şöbəsində müalicə alırlar, vəziyyətləri kafidir. A.Musayeva isə reanimasiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC )
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











