Xırdalan polisi sakinlərə tibbi maska payladı - FOTO - VİDEO

Xırdalanda polislər şəhər sakinlərinə tibbi maskalar payladılar. Avtosfer.az xəbər verir ki, xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən qadağalara əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə bu gün Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə Xırdalan şəhərində əhali arasında profilaktik tədbir keçiriblər. Tədbirdən əvvəl şəxsi heyət rəhbər vəzifəli polis zabitləri tərəfindən müvafiq qaydada təlimatlandırılıb. Keçirilən tədbir zamanı Xırdalan şəhərində karantin qaydalarına əməl olunmadan fəaliyyət göstərən obyektlər və bərbərxanalar aşkar olunub. Həmçinin müvafiq icazəsi olmadan yaşayış yerini tərk edən şəxslər də müəyyən edilərək cəzalandırılıblar.
Tədbirdə həmçinin icazə əsasında yaşayış yerlərini tərk edən amma tibbi maskadan istifadə etməyən şəxslərlə də polislər maarifləndirici söhbətlər aparıblar. Belə şəxslər polislər tərəfindən tibbi maska ilə təmin olunublar. Tibbi maska ilə təmin edilən şəxslər göstərilən diqqət və qayğıya görə daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər.
Gültən
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”





















