Xırdalanda ağaclar yolun genişlənməsi məqsədilə köçürüldü

Xırdalan şəhəri, Heydər Əliyev prospektinin genişləndirilməsi və yenidənqurulması məqsədilə tikinti altına düşən ağacların köçürülməsi və götürülməsinə ictimai dinləmədən sonra Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən edilmiş müraciət əsasında sözügedən layihə maraqlı tərəflərin, ekspert və QHT nümayəndələrinin iştirakı ilə ictimai dinləməyə çıxarılıb: "Müzakirələrdə layihənin dövlət və sosial-infrastruktur əhəmiyyətli olduğu nəzərə alınaraq tikinti altına düşən və köçürülməsi mümkün olan ağac və kol bitkilərinin budanaraq köçürülməsinə, köçürülməsi mümkün olmayan ağacların isə götürülməsinə rəy verilib”.
M.Qəmbərov bildirib ki, ağaclar Abşeron Rayon Yaşıllaşdırma İdarəsi tərəfindən budanaraq kök torpağı ilə birlikdə çıxarılıb və digər münbit əraziyə köçürülüb.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












