Xırdalanda binanın dam örtüyü uçdu: 4 avtomobilə ciddi ziyan dəyib - VİDEO

Dam örtüyünün uçması ciddi fəsadlara yol açıb. Həyətdə olan 4 avtomobil yararsız hala düşüb. Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə Abşeron rayonu, Xırdalan şəhərində baş verib. Şəhərin 22-ci məhəllə, 2 saylı binasının dam örtüyü uçaraq həyətdə olan avtomobillərin və yaxınlıqda olan xeyir-şər evinin üstünə düşüb. Nəticədə həm avtomobillər, həm də xeyir- şər evi ciddi zərər görüb. Hadisə ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər üzrə nümayəndəsi Rafiq Yusubov bildirib ki, ərazidə yaranmış problemə operativ reaksiya verilib. Yerə düşən dam örtükləri yığışdırılaraq ərazidən daşınıb. Binanın dam örtüyünün uçan hissəsi isə yaxın günlərdə təmir etdiriləcək. Rayon rəhbərinin tapşırığına əsasən, uçqun nəticəsində zərər görmüş avtomobil sahiblərinə köməklik göstəriləcək.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











