Xızıda 15 nəfər şəxs karantin rejimini pozduğuna görə məsuliyyətə cəlb olundu - FOTO

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər çərçivəsində rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması üçün patrul xidməti yerinə yetirilir. Xüsusi rejim ilə əlaqədar qurulan postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir və səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat miqdarında cərimə edilirlər.
Ümumilikdə bu günədək Xızı RPŞ-nin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 2 obyekt sahibinə, eləcə də müvafiq qaydada icazəsi olmadan çölə çıxan 13 vətəndaş barəsində epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə inzibati qaydada tədbirlər görülüb.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO















