XİN Dağıstanda baş verən hadisəyə münasibət bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Rusiya ilə sərhəddə baş verən hadisəyə münasibət bildirib. O, bildirib ki, Azərbaycan-Rusiya sərhədinin Dağıstan istiqamətində baş verən hadisə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən münasibət bildirildi: "Bu xüsusda, öz tərəfimizdən dəfələrlə vətəndaşlarımıza müraciət edərək ölkəyə geri dönüşün qeydiyyat əsasında həyata keçirildiyini, yaşlılar, xəstələr, qadınlar və həssas kateqoriyaya daxil olan digər vətəndaşlarımızın prioritet təşkil etdiyini, geri dönüşün ökəmizdəki karantin yerlərinin qəbuletmə imkanları ilə bilavasitə əlaqəli olduğunu qeyd etmişik. Sərhəd keçid məntəqəsinə toplaşmağın çıxış yolu olmadığı və mövcud vəziyyətdə anlayış göstərmələrini israrla xahiş etmişik".
"Qeyd etmək istərdim ki, vətəndaşlarımızın geri dönüşü ilə bağlı iki ölkə arasında bütün səviyyələrdə əldə edilən qarşılıqlı razılaşma həyata keçirilir və müvafiq qurumlar arasında əlaqələndirmə çərçivəsində vətəndaşların ölkəyə gətirilməsi davam etdirilir. Bu gün də sərhəd keçid məntəqəsindən növbəti qrup vətəndşımızın ölkəyə keçidi təmin olunub. Vətəndaşlarımıza müraciət edərək maksimum anlayış göstərməyə və olduqları ölkənin qanunvericiliyinə riayət etməyə çağırırıq", - L.Abdullayeva vurğulayıb. ("Report")
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












