Xüsusi karantin rejimi dövründə Bakıda təcili yardıma müraciətlər artıb

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi ilk gündə - iyunun 6-da Bakı şəhəri üzrə təcili tibbi yardıma edilən çağırışların sayı məlum olub.
"Report" xəbər verir ki, bu barədə Bakı şəhəri təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva bildirib.
Onun sözlərinə görə, həftə sonları hərəkət məhdudiyyətlərinin tətbiq edilməsi ilə əlaqədar təcili tibbi yardım gücləndirilmiş iş rejimində çalışır:
"Həftənin orta günlərində bizim xətdə 139 briqada fəaliyyət göstərirdisə, şənbə və bazar günlərini nəzərə alaraq biz xəttə 155 briqada çıxarmışıq. Eyni zamanda həftəsonunda 103 çağrı mərkəzinə çağırışların sayının artacağanı nəzərə alaraq çağırış qəbulu üzrə tibb bacıları da tam çıxışla xidmət göstərir".
N.Fərzəliyeva qeyd edib ki, əvvəlki günlərlə müqayisədə təcili tibbi yardıma edilən müraciətlərin sayı artıb: "Əvvəlki günlərdə biz gün ərzində 1 600-dək çağırış icra edirdiksə, sonuncu günün (şənbə günü - red) statistikasına nəzər saldıqda görürük ki, çağırışların sayı artıq 2 300-ə çatıb".
Xatırladaq ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).
Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş










