Yabanı dərman bitkilərinin yığılmasına lisenziya verilməsi üçün əlavə şərtlər dəyişib

Nazirlər Kabineti “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” qərarda dəyişiklik edib.
Dəyişiklik yabanı dərman bitkilərinin xammalının yığılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlərlə bağlıdır.
Bu şərtlər sırasına yabanı dərman bitkilərinin yığılması, saxlanılması və qurudulması üçün ərizəçinin sanitar-ekoloji norma və qaydaların tələblərinə cavab verən texniki imkanları haqqında arayış və yabanı dərman bitkilərinin xammalının tədarük edildiyi təbiət komplekslərinin (ekosistemin) ekoloji şəraitinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilən rəyin surəti daxil olub.
Dəyişikliyə əsasən, ləğv edilmiş Dövlət Ekspertiza İdarəsinin bu sahədə səlahiyyətini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yerinə yetirəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin 16 Yan 2019 tarixli “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılıb.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











