Yanan avtomobildən tapança ilə vurulmuş şəxsin cəsədi tapıldı - FOTO

Türkiyənin Trabzon vilayətində yanan avtomobildən meyiti tapılan şəxsin tapança ilə vurulduğu müəyyən olunub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Yomra rayonunda qeydə alınıb.
Məlumata görə, Gülyurd məhəlləsində gecə saatlarında 61 ABU 021 qeydiyyat nömrə nişanlı minik avtomobilinin yandığını görən vətəndaşlar, yanğınsöndürmə və polisə xəbər veriblər.
Deyilən ünvana gələn yanğınsöndürənlər müdaxilə edərək yanğını söndürüblər. Aparılan araşdırmada, yanan avtomobildən tapılan meyitin qəhvəxana işlədən 32 yaşlı Soner Taşkının olduğu müəyyən edilib. Tibbi ekspertizaya göndərilən cəsədi müayyinə edən istintaqçılar onu üzərindən güllə izləri tapıblar. Bundan sonra Taşkınla aralarında pul məsələsi olan 42 yaşlı N.A. və Ö.T. (35) polis tərəfindən saxlanılıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Namiq Musayev

"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












