Yanğın qatarının fəaliyyəti ilə bağlı keçirilən əməli məşğələ uğurla başa çatıb- FOTO

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyəti Cəmiyyətinin 11 saylı Culfa yanğın qatarı ilə “Dəmiryоl оbyеktlərində baş vеrə biləcək yanğınların söndürülməsi zamanı yanğın qatarının fəaliyyəti” mövzusunda əməli məşğələ keçirilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, üç təlim yerində davam edən məşğələ zamanı Culfa yanğın qatarının şəxsi heyətindən dəmiryol obyektlərində yanğınların qarşısının alınması və söndürülməsi üzrə vəzifələr soruşulub, yanğın-xilasetmə hazırlığı üzrə normativlər qəbul edilib.
Daha sonra Culfa dəmiryol stansiyasında yük qatarında şərti baş vermiş yanğının söndürülməsi üçün Culfa yanğın qatarı həyəcan siqnalı ilə qaldırılaraq yanğın yerinə göndərilib. Bu təlim yerində əsas diqqət yanğının söndürülməsi üsullarının şəxsi heyətə öyrədilməsi, onların praktiki vərdişlərinin təkmilləşdirilməsi, həmçinin yanğının söndürülməsi və təxliyə işlərinə cəlb olunan digər qüvvələrlə uzlaşmış fəaliyyətin təşkilinə yönəldilib. Yanğınsöndürənlərin cəld, çevik müdaxiləsi və peşəkarlığı sayəsində yanğının qarşısı vaxtında alınıb və söndürülməsi təmin olunub.
Əməli məşğələyə 11 saylı Culfa yanğın qatarının 17 nəfər şəxsi heyəti, və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsinin rəhbərliyi iştirak edib.
Məşğələ uğurla başa çatıb, qarşıya qoyulmuş vəzifələr təhlükəsizlik qaydaları pozulmadan icra olunub. Təlimdən sonrakı çıxışında Nazirliyin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov qeyd edib ki, muxtar respublikanın potensial təhlükəli obyektlərində bu cür təlimlərin keçirilməsi davam etdiriləcək.
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər



















