Yaqut Qarayeva: "Hər dərman preparatını ev şəraitində istifadə etmək olmaz"

Ölkəyə COVİD-19-la bağlı Rusiya, Türkiyə və Kubadan gələn mütəxəssilərlə dərman protokollarını, müalicə vasitələrini müzakirə edirik. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva bildriib ki, ölkəmizə gələn xarici həkimləri ən çox təəccübləndirən məqamlardan biri də Azərbaycanda olan dərmanlardır, çünki bu dərmanların çoxu başqa ölkələrdə hazırda çox da tapılmır. Bu dərmanlar ölkəmizə gətirilib və proses davam edir: "Vətəndaşların apteklərdən aldıqları dərmanlara gəldikdə isə, bu zaman diqqətli olmaq lazımdır. Xüsusilə də sosial şəbəkələrdə koronavirusla bağlı müxtəlif dərman preparatlarının adları çəkilir. Dərmanların xeyri olduğu kimi ziyanı da var, hər dərman preparatını ev şəraitində istifadə etmək olmaz. Evdə istifadə oluna bilən dərmanların siyahısı Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən qeyd olunub. Bunlar əsasən vitaminlərdir və evdə müalicə alan xəstədə qızdırma olarsa, hərarəti salmaq üçün istifadə olunan dərmanlardır".
TƏBİB rəsmisi qeyd edib ki, digər anti-viral dərmanları axtarmaq, almaq, evdə saxlamaq, ev şəraitində istifadə etmək yanlış yanaşmadır. Əgər göstəriş olarsa, həmin dərmanlar xəstələrə verilir: "Bu dərmanların əks təsirləri var, ona görə də həmin preparatlar verilməzdən qabaq xəstələrin sağlamlıq göstəriciləri yoxlanılır. Bu dərmanları nəzarətsiz istifadə etmək düzgün deyil". (Trend)
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












