Karantin rejimi ilə əlaqədar əhali arasında maarifləndirmə işləri aparılır - FOTO

Yardımlı rayonunda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər görülür. Rayonda yaradılmış Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları yaşayış məntəqələrində maarifləndirmə işlərini davam etdiriblər.
Tərkibində Yardımlı Rayon Polis İdarəsinin əməkdaşlarının da olduğu 33 mobil qrupun üzvləri əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçiriblər.
Onlar mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında əhalini xüsusi karantin rejiminin tələblərinə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə ediblər.
Mobil qrupların üzvləri tərəfindən sakinlərə, həmçinin üzərində COVID-19 infeksiyasından qorunma yollarının əks olunduğu bukletlər və tibbi maskalar paylanılıb. (AZƏRTAC)




Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











