“Yas mərasimləri məhdudlaşdırılmalıdır”

Rayonlarda vətəndaşlar koronavirusun yayılması təhlükəsinə diqqət yetirməyərək yas mərasimlərində kütləvi toplaşma hallarına yol veriblər. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, bununla bağlı məlumatlar toplanılıb: “Biz bununla bağlı məlumatları toplamışıq, Qafqaz Müsəlmanları İdarəsi yerlərdə olan bütün səlahiyyətli nümayəndələrini xəbərdar edib ki, yerlərdə dəfn mərasimlərini imamlar idarə etsinlər, yəni imamlar vəfat etmiş insanın yaxınları ilə birlikdə dəfnin islami qaydalara uyğun təşkilində iştirak edib bütün dini ayinləri orada icra etsinlər, lakin sonradan ehsan vermək məqsədilə kütləvi toplaşmalar olacaqsa, həmin toplaşmanın məqsədəuyğun olmadığı vətəndaşların diqqətinə çatdırılsın və imamlar heç bir halda həmin toplantılarda iştirak etməsin. Bizim komitənin yerlərdə olan əməkdaşları da bu istiqamətdə izahat işini gücləndiriblər. Biz adət-ənənələrimizi qoruyuruq, lakin bu virusla bağlı kütləvi toplaşmaların insanlar üçün nə qədər böyük təhlükə törətdiyini başa düşərək yas mərasimləri məhdudlaşdırılmalı, ehsan mərasimləri dayandırılmalıdır və bu cür toplaşmalara yol verilməməlidir. Biz bununla bağlı tövsiyələr vermişik və yerli qurumlar da bu halların baş verməməsi üçün əllərindən gələni edirlər. Bir daha vətəndaşlarımıza çağırış edirik ki, bu cür mərasimlərə yol verməsinlər. Virus təhlükəsi davam edir və biz Nazirlər Kabineti yanında Operativ Qərərgahın bütün təlimatlarını yerinə yetirməliyik”.
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










