Yasamalda Mühafizə İdarəsinin polisləri 150 ailəyə baş çəkib - FOTO + VİDEO

Daxili İşlər Nazirliyinin şəxsi heyəti koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə nümunəvi xidmət etməklə yanaşı hər zaman köməyə və qayğıya ehtiyacı olan insanların da yanında olmağa çalışır. Bu dəfə DİN-in Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə yardım edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, idarə əməkdaşları ümumilikdə 150 ailəyə baş çəkib müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara təqdim ediblər. Yasamal rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti başda olmaqla, daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər. Polis əməkdaşları həmçinin baş çəkdikləri ailələrdə bir daha maarifləndirici söhbətlər apararaq onlara karantin rejim qaydalarına riayət etməyin vacibliyi barədə məlumatlar veriblər.
Namiq Musayev









Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












