Yaşar Aydəmirov: “Bəzi media qurumları fikirlərimi kobud şəkildə təhrif edib” - VİDEO

“Mənim media orqanlarından birinə verdiyim müsahibə zamanı səsləndirdiyim fikirlər ümumi konteksdən çıxarılaraq təhrif olunmuş şəkildə digər media orqanlarında yayılıb. Belə ki, Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olanlar, xüsusilə general-mayor Polad Həşimovun şəhid olması ilə bağlı mənə aid olmayan güman və mülahizələr adımdan ictimaiyyətə təqdim edilib”.
Bu fikirləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
“Dövlət rəhbərliyi tərəfindən dəfələrlə hərbi mövzuya həssaslıqla yanaşılması, bununla bağlı qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyinə baxmayaraq, hələ də bu mövzudan yazarkən bilərəkdən və ya bilməyərəkdən qeyri-dəqiqliyə və səhlənkarlığa yol verənlər tapılır.
Hazırda müharibə şəraitində yaşadığımızı, xüsusilə son günlər cəbhədə baş verən gərginliyi və düşmən qüvvələrin bu kimi təhrif olunmuş məlumatlardan öz pis niyyətli əməllərində istifadə edəcəyi ehtimalının diqqətə alınmalı olduğunun vacibliyini hesab edirəm.
Mətbuatda mənim adımdan bu mövzuda gedən yazıların və ya məqalələrin həqiqətə uyğun olmadığını, fikirlərimin təhrif edildiyini nəzərə alaraq, bütün media qurumlarından bu yazıların saytlardan çıxarılmasını xahiş edirəm. Gələcəkdə də belə məsələlərə həssaslıqla yanaşılacağına ümid edirəm”.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












