Yaz havası geri qayıdır

Bu gündən başlayaraq yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava mülayimləşəcək, temperatur tədricən yüksələcək. Azərbaycanın bölgələrində sabahdan başlayaraq yağıntılar kəsəcək. Martın 26-da havanın yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, martın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı gözlənilir. Lakin günün ikinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacaq. Şimal küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında martın 25-də havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq. Azərbaycan rayonlarında martın 25-də bəzi yerlərdə yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qara keçəcəyi gözlənilir. Günün ikinci yarısından yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 8-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.
Fidan
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












