Yeni hava limanı Gürcüstanın iqtisadi potensialının artmasına xidmət edəcək - Baş nazir

Yeni hava limanı Gürcüstanın inkişafına və iqtisadi potensialının artırılmasına xidmət edəcək.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda Tbilisi hava limanının illik sərnişin tutumu 4 milyon nəfərdir və bu sayı artırmaq mümkün deyil:
"Turizm sahəsindəki artım nəzərə alınaraq yeni infrastrukturun yaradılması vacibdir. Yeni hava limanının tikintisi məhz bu məqsədi güdür. Vaziani ərazisində yeni aeroportun inşası nəzərdə tutulub və tərəfdaşlarla müqavilə bağlanması üçün işlər sürətlə davam edir".
İ.Kobaxidze əlavə edib ki, 2029-cu ilə qədər layihənin birinci mərhələsinin başa çatdırılması planlaşdırılır:
"Yeni hava limanı açıldıqdan sonra illik sərnişin tutumu 18 milyon nəfərə çatacaq. Bu, yalnız Tbilisinin deyil, Gürcüstanın inkişafına və iqtisadi potensialının artırılmasına xidmət edəcək irimiqyaslı bir layihədir".
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












