Yeni ilə 4 gün sonra girən adam - Piyada ölümdən döndü - FOTO

Bu adam ötən ilin dekabr 25-dən bu ilin yanvarın 4-nə qədər belə demək mümkünsə, “həyatda olmayıb".
15 gündən çox reanimasiyada qalan, 10 gün koma vəziyyətində olan bu şəxs həm də son dərəcə riskli bir neyro-cerrahi əməliyyatı geridə qoyub. Onun özünün də dünən öyrəndiyi “başına gələnləri” bu gün siz də bilin. Məncə, bu, həm də bir şans əsəridir!
“ONUN İKİNCİ HƏYATI”
1984-cü il təvəllüdlü Polad Əliyev 25 dekabr 2022-ci ildə piyadanın vurulması nəticəsində ağır yaralanıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Gətirilərkən çoxsaylı və ölümcül yaralar aldığı müəyyən olunub. Qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sol təpə sümüyünün sınığı, eyni nahiyədə böyük həcmli hematoma diaqnozu və s…
Rezident-neyrocərrah Elşən Əhmədlinin dediyinə görə, həkim-neyrocərrah Fərid Qaralovun rəhbərliyi ilə çox riskli bir neyro-cərrahi əməliyyata qərar verilir və 4 saat davam edən əməliyyat uğurla nəticələnir:
“Pasiyent Əliyev Polad Niyazi oğlu xəstəxanaya daxil olarkən koma vəziyyətində olub. Xəstə ilkin olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Xəstədə sol tərəfli dekompressiv trepanasiya, kəskin subdural hematomanın boşaldılması, serebral qişanın bərpası əməliyyatı icra olundu. Beyin ödəmli olduğu üçün sümüyü yerinə qoymaq mümkün olmadı. Yara bağlandıqdan sonra xəstəyə yaxın aylarda kəllə sümük defektinin bərpası əməliyyatı planlaşdırılıb. Hazırda xəstənin vəziyyəti stabildir. Huşu özündədi, tənəffüsü sərbəstdir. Xəstə əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsində olarkən həkim-reanimatoloqların səyləri nəticəsində xəstədə kəskin yaxşılaşma hiss olunub. Artıq palatada müalicəsi davam etdirilir”.
Pasiyentin anası Təhminə Əliyevanın sözlərinə görə, oğlunun yaşamasına ümid çox az olub:
“Oğlum günorta saatlarında yolu keçən zaman onu maşın vurub. Təcili olaraq oğlumu Kliniki Tibbi Mərkəzə gətiriblər. Bura gələndə vəziyyəti çox ağır, həm də huşsuz vəziyyətdə olub. Deyilənlərə görə, çox təhlükəli bir əməliyyatdan sağ çıxıb, həkimlərin yaratdığı möcüzə nəticəsində oğlum sağ qalıb. Onun üzərində əməyi olan bütün tibb personalına öz təşəkkürümü bildirirəm. Onların sayəsində Polad yaşıyır”.
Qeyd edək ki, Poladı daha bir əməliyyat gözləyir. Yaxın aylarda kəllə sümük defektinin bərpası əməliyyatı planlaşdırılır ki, bu da həyatı üçün təhlükəli hesab olunmur.
Gec də olsa, yeni ilin mübarək, Polad Əliyev!
Elnur Hidayətoğlu
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!













