Yeni İpək Yolunda yük daşımalarına icazələr sistemi ləğv oluna bilər

Belarus hökuməti Yeni İpək Yolu boyu avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarındakı icazələr sistemini ləğv etmək təşəbbüsünü irəli sürüb. Bu barədə ölkənin xarici işlər naziri Vladimir Makey “Bir kəmər, bir yol” ("Belt and Road") təşəbbüsü çərçivəsində keçirilən videokonfransda bildirib. “Biz beynəlxalq avtomobil daşımalarında icazələr sistemini aradan qaldırmalıyıq. Belədə nəqliyyat logistika fəaliyyətinin inkişafına əlavə təkan qazandırılar”, - nazir qeyd edib.
Belarus hökuməti həmçinin ölkələr arasında, xüsusilə də Çindən Avropaya rəqəmli nəqliyyat dəhlizlərinin inkişafını da zəruri hesab edir. “Müasir peyk naviqasiyası vasitələrini işə salmaqla biz gömrük və s. rəsmiləşdirmə işlərini azaldaraq daşıma müddətini 4-5 gün azalda bilərik”, - V.Makey vurğulayıb.
Həmçinin “Bir kəmər və bir yol” təşəbbüsündə iştirak edən ölkələr arasında infrastruktur zəncirinin zəruri olduğu da diqqətə çatdırılıb: “Sərhədlərdəki dəmir yolu stansiyalarını, avtomobil yollarını, körpüləri, multimod daşımalarını xüsusi olaraq təkmilləşdirməliyik. İnfrastrukturun uzlaşdırılması əməkdaşlıq vasitəsilə inkişafın vacib şərtidir”. (“Report”)
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA











