Yenidənqurmadan sonra genişlənən Bakı küçəsi - FOTO

Monteneqronun paytaxtı Podqoritsa şəhərində yenidənqurma və genişləndirmə işlərindən sonra "Bakı" küçəsi istifadəyə verilib.
Yenidən qurma işlərindən sonra olan açılışda isə Podqoritsa bələdiyyəsinin sədri İvan Vukoviç, bələdiyyə üzvləri, Azərbaycannın Monteneqrodakı diplomatik nümayəndəliyinin diplomatları, Monteneqro parlamentinin deputatları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yenidənqurma və genişləndirmə işlərindən sonra "Bakı" küçəsinin uzunluğu 595 metr təşkil edir və o şəhərin iki mühüm prospektlərini - "Mixail Laliç" və "Çetinski Put"u (paytaxta əsas giriş prospekti) birləşdirir.
Qeyd edək ki, "Bakı" küçəsinin ilk açılışı 2013-cü ildə olub. Həmin vaxt Podqoritsanın "Kral parkı"nda Azərbaycanın görkəmli şairi və dramaturqu Hüseyn Cavidin büstünün açılış mərasimi də keçirilmişdi. (Trend)







Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












