Yevlaxda koronavirusa qarşı təxirəsalınmaz tədbirlər görülür - FOTO

Yevlax rayonunda koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyətinin tərəfindən tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir. Belə ki, şəhərdəki yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, həmçinin Heydər Əliyev Mərkəzi, Yevlax Şəhər “Cümə” Məscidi, rayonun məktəbəqədər və orta təhsil müəssisələri, kitabxanalar, Mərkəzi Bazar, Avtovağzal, ictimai iaşə və ticarət obyektləri, ərazidəki konteyner meydançalarında, bir sözlə insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılır. Bu işlər həm də rayonun kəndlərində də keçirilir.
Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Şəhər İcra Hakimiyyəti tərəfindən Yevlax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, kənd icra nümayəndələrinə, bələdiyyələrə aidiyyəti göstərişlər verilib və görülən işlər barədə Şəhər İcra Hakimiyyətinə mütəmadi olaraq məlumatlar verilir.
İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Yevlax şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə də dezinfeksiya işləri davam etdirilir.
Səhiyyə Nazirliyinin Respublikada dezinfeksiya tədbirləri barədə əsasən əmrinə görülən bütün işlər müvafiq kimyəvi preparatlarla aparılır. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.
Həmçinin sakinlərə dezinfeksiya tədbirləri ilə yanaşı hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vaciblıyi də izah edilir.
Fidan
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI

















