Yevlaxda sağlamlıq imkanları məhdud sakinlərə əlil arabaları hədiyyə edildi - FOTO

Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə əlil və sağlamlıq imkanları məhdud insanların sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Respublikanın digər bölgələrində olduğu kimi Yevlax rayonunda da Fondun bu humanist işlərinə dəstək olaraq sosial aksiyalar təşkil edilir. Növbəti belə aksiya Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə keçirilərək Qarabağ döyüşlərində ağır yaralanmış və müxtəlif səbəblərdən əlil olmuş bir qrup rayon sakininə əlil arabaları hədiyyə edilib.
Bu sosial aksiya zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları rayon sakinləri - 1-ci qrup Qarabağ müharibəsi əlili Xalid Rəfiyev və Tahir Həsənovun, həmçının şəhid anaları Tərlan Camalova, Siyasət İbrahimova və Anaxanım Zeynalovanın evlərinə gələrək onlara əlil arabaları təqdim ediliblər.
Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan bu aksiyada əlillər onlara göstərilən diqqətə görə ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA














