Yevlaxda yaxın qohumunu qətlə yetirən şəxs saxlanılıb - FOTO

Yevlaxda yaxın qohumunu qətlə yetirən şəxs tutulub. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, may ayının 6-da Yevlax rayon sakini Ceyhun Seyidovun yıxılaraq xəsarət alması və Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar Rayon Prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Bu zaman yaranın əlamətləri şübhə doğurduğu və qətl ehtimalı yarandığı üçün dərhal təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlərlə C. Seyidovu qətlə yetirməkdə şübhəli bilinən, onun yaxın qohumu olan Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Rəşad Dəvrişov tərəfindən törədildiyi müəyyən edilib. R. Dəvrişov polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Prokurorluğuna təhvil verilib. Dindirilmə zamanı R. Dəvrişov C. Seyidovla aralarında baş vermiş münaqişə zəminində sonuncuya daxilə nüfuz edən bıçaq zərbəsi vuraraq qətlə yetirdiyini etiraf edib. Cinayət aləti olan bir ədəd bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Namiq Musayev

"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












