Yol kənarında müasir restoranlar tikilir - FOTO

Bakı-Şamaxı-Yevlax, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yollarının kənarında fəaliyyət göstərən köhnə və şəraitsiz restoran, kafe və çay evləri sökülərək yerində müasir obyektlər tikilir.
Bakıdan bölgələrə və əks istiqamətə gedən turistlərə, sürücü və sərnişinlərə müasir tələblərə uyğun xidmətin göstərilməsi üçün həmin obyektlərin sahiblərinə uyğun şərait yaradılması tövsiyə edilib. Yeni qərara uyğun olaraq bəzi sahibkarlar müasir standartlara cavab verməyən köhnə və şəraitsiz obyektləri sökməyə başlayıblar.
Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyev bildirib ki, yol kənarında eləcə də digər ərazilərdə bu cür iaşə obyektlərinin sökülərək yenidən tikilməsinə səbəb rayonlarda turizmin inkişafına dəstək olmaqdır: "Həmin obyektlərə baxış keçirilib və sahibkarlara müasir standartlara uyğun layihələr təqdim olub, işlərə başlanılıb. Bizim bu prosesi başlatmaqda əsas məqsədimiz yerli və xarici turistlərin bölgələrə səfəri zamanı onlara standartlara uyğun keyfiyyətli xidmətin göstərilməsini təmin etməkdən ibarətdir".
Baş memar həmçinin bildirib ki, söküntü və tikinti işlərinin maliyyə xərclərini sahibkarlar özləri qarşılayır.
Qeyd edək ki, ilkin mərhələdə Şamaxı ilə yanaşı, Qobustan, Ağsu, İsmayıllı və Qəbələ rayonları ərazisindən keçən ölkə əhəmiyyətli avtomobil yollarının kənarlarında uyğunsuz hesab edilən bütün köhnə kafe və restoranlar söküləcək.




"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











